Dilənçinin cibindən 6 milyon çıxıb | 1news.az | Xəbərlər
Dünya

Dilənçinin cibindən 6 milyon çıxıb

1news Redaksiyası15:37 - 14 / 02 / 2018
Dilənçinin cibindən 6 milyon çıxıb

İsveçin Uppsala şəhərinin polisləri cibində 6 milyon kron (təxminən 741 min dollar) olan dilənçini saxlayıblar.

Belə ki, dilənçi asayiş keşikçilərinin diqqətini aqressiv davranışı ilə cəlb edib.

Polisin sözlərinə görə, dilənçini saxlanılarkən onun cibindən pullar düşməyə başlayıb.

Qeyd edək ki, İsveçdə dilənçilik problemi kəskindi. Cəmiyyətdə dilənçiliyə qadağa qoyulması barədə qanunun diskussiyası aparılır.

S.Xankişiyeva

 

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər