Prezident: İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq

14:50 - 15 / 02 / 2018
Prezident: İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq

Fevralın 15-də Azərbaycan  Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

1news.az  xəbər verir ki, İvan Skalfarotto İtaliyanın Baş naziri Paolo Centiloninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirdi. İvan Skalfarotto ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini dedi, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğuladı. O, Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə etdi.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

Dövlətimizin başçısı Baş nazir Paolo Centiloninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

1news.az  

Paylaş:
614

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər