İstanbulda atışma: yaralılar var – FOTO | 1news.az | Xəbərlər
Dünya

İstanbulda atışma: yaralılar var – FOTO

16:15 - 18 / 02 / 2018
İstanbulda atışma: yaralılar var – FOTO

İstanbulun biznes mərkəzi olan Ataşəhər bölgəsində silahlı insident baş verib.

Gecə saatlarında Atatürk məhəlləsində yerləşən restoranda silah səsləri eşidilməyə başlayıb. Atışma zamanı Zəfər, Özkan və Güven adlı 3 nəfər güllə yarası alıb. Onlar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, atışmada yaralanan Güven adlı şəxs polis əməkdaşıdır.

Hazırda hadisə yerindən qaçan şəxslərin olub-olmadığını müəyyən etmək üçün kamera görüntüləri araşdırılır.

S.Xankişiyeva

Paylaş:
845

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər