İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib - YENİLƏNİB

11:49 - 21 / 02 / 2018
İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev fevralın 21-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı “Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını dedi.

Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirdi.

“Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin uğurlu icrasına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev onun ölkəmizdə həyata keçirilən kənd təsərrüfatının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətinə tam uyğun olduğunu dedi. Dövlətimizin başçısı layihənin Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğuladı. Prezident İlham Əliyev ADA Universiteti və ölkəmizin digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van Der Lindenin əlaqələrimizin inkişafındakı rolu qeyd edildi.

1news.az

Paylaş:
634

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər