Avro-2020-nin mükafat fondu açıqlandı | 1news.az | Xəbərlər
Futbol

Avro-2020-nin mükafat fondu açıqlandı

19:29 - 26 / 02 / 2018
Avro-2020-nin mükafat fondu açıqlandı

2020-ci ildə keçiriləcək Avropa Çempionatının ümumi mükafat fondu 371 milyon avro olacaq.

1news.az-ın məlumatına görə, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis məlumat verib. O bildirib ki, turnirin qalibi 34 milyon avro qazanacaq. İştirakçı komandaların hər birinə isə 1,25 milyon avro veriləcək.

Qeyd edək ki, AÇ-2020-nin mükafat fondu 2016-cı ildə Fransada keçirilən turnirlə müqayisədə 70 milyon avro artırılıb.

Xatırladaq ki, 2020-ci il Avropa çempionatının A qrupunun 3 və 1/4 finalın 1 oyunu Bakıda keçiriləcək.

1news.az

Paylaş:
837

Son xəbərlər

Bütün xəbərlər