Şabranda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Şabranda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

19:14 - 28 / 02 / 2018
Şabranda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
557

Son xəbərlər

Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:00“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO05 / 05 / 2024, 14:00İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51
Bütün xəbərlər