Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib

20:03 - 02 / 03 / 2018
Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, başsağlığında deyilir:

“Hörmətli Prezident.

Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik.

Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.

1news.az

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər