Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

15:52 - 03 / 03 / 2018
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

 “Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm.

Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

S.Xankişiyeva

 

 

Paylaş:
1026

Son xəbərlər

Bütün xəbərlər