Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidentinə başsağlığı verib
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Martın 2-də Bakıda baş vermiş faciəli hadisə barədə xəbər bizi çox kədərləndirdi.
Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı qəbul edin.
Sizdən xahiş edirik həlak olanların doğmalarına və yaxınlarına onların kədərinə ürəkdən şərik olduğumuzu bildirin. Sizinlə bərabər ürəkdən kədərlənirik”.
S.Xankişiyeva
627