Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevə başsağlığı verib
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk martın 2-də Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğın hadisəsi haqqında xəbər məni dərindən kədərləndirdi.
Avropa İttifaqı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
1news.az
847