İranın Londondakı səfirliyinə hücum olunub | 1news.az | Xəbərlər
Dünya

İranın Londondakı səfirliyinə hücum olunub

18:21 - 10 / 03 / 2018
İranın Londondakı səfirliyinə hücum olunub

İranın Londondakı səfirliyinə hücum olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bıçaqla silahlanmış bir neçə gənc səfirliyin binasına hücum edərək İranın bayrağını təhqir edib.

Hücum edənlərin radikal “Şiraz” qruplaşmasının üzvləri olduqları bildirilir. Sadıq Şirazinin rəhbərliyi ilə bir sıra Avropa ölkələrində fəaliyyət göstərən bu qruplaşma İran səfirliklərinə qarşı təxribatlar törədir.

Səfir Həmid Baidnecat Britaniya polisinin hücuma müdaxilə etməməsindən təəssüfləndiyini bildirib.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın İrandakı səfirinin nazirliyə çağırılaraq nota təqdim edildiyini bildirib.

Britaniyanın səfiri təxribatçıların artıq həbs edilərək məsuliyyətə cəlb olunduğunu deyib.

S.Xankişiyeva

 

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər