Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları artırılıb

19:50 - 10 / 03 / 2018
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının maaşları artırılıb

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

S.Xankişiyeva

 

Paylaş:
1048

Son xəbərlər

Bütün xəbərlər