Ənvər Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək | 1news.az | Xəbərlər
Rəsmi

Ənvər Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək

14:18 - 17 / 03 / 2018
Ənvər Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək

Prezident İlham Əliyev Ə.A.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

  1. Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

 

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər