Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilib

14:31 - 17 / 03 / 2018
Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev F.T.Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin.

S.Xankişiyeva

 

 

 

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər