İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

18:11 - 24 / 03 / 2018
İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

S.Xankişiyeva

 

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər