Saatınız irəli çəkilib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatınız irəli çəkilib?

11:57 - 25 / 03 / 2018
Saatınız irəli çəkilib?

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və həmin il 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib.

Bu gün isə əsasən Avropa İttifaqı ölkələri olmaqla, bir çox ölkələr yay vaxtına keçsə də, Azərbaycan yenə qış vaxtında qalıb. Lakin bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat irəli çəkilib.

Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində “Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və “Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarını seçilməməsi səbəb olub.

Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən “avtomatik vaxt zonasının seçilməsi” imkanını aktivləşdirmək lazımdır.

S.Xankişiyeva

 

Paylaş:
735

Son xəbərlər

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Bakıda yanğın baş verən əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilibBu gün, 14:41Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34
Bütün xəbərlər