Afrində 2 türk hərbçisi həlak olub
Suriyanın Afrin şəhərində partlayıcının işə düşməsi nəticəsində 2 türk hərbçisi həlak olub.
1news.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı xəbər verib.
Məlumata görə, insident ötən gün baş verib. Hadisə ilə bağlı başqa detallar açıqlanmır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.
1news.az
571