Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği müəyyənləşib
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği təsdiq edilib.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Xidmət haqqı yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün 10 manat, yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün 6 manat, axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün 6 manat müəyyən olunub.
1news.az
605