“Gəncə Avtomobil Zavodu”nun əməkdaşları təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Gəncə Avtomobil Zavodu”nun əməkdaşları təltif edilib

19:21 - 03 / 04 / 2018
“Gəncə Avtomobil Zavodu”nun əməkdaşları təltif edilib

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

İsgəndərov Hümbət Rafiq oğlu

Qasımov Etibar Vilayət oğlu

Məmmədov Füzuli Ziyad oğlu

Səfərov Bəhlul Novruz oğlu”.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər