Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

13:19 - 03 / 04 / 2018
Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.

1news.az  xəbər verir ki, Maria Fernanda Espinosa Qarses Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarını. Prezident İlham Əliyevə çatdırdı və Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakından məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycanın misli görünməmiş dərəcədə inkişafa nail olduğunu qeyd edərək ölkəmizin beynəlxalq aləmdə çox mühüm bir mövqeyə malik olmasının önəmini vurğuladı. O qeyd etdi ki, Ekvador Azərbaycan ilə ikitərəfli münasibətləri möhkəmləndirməkdə maraqlıdır. İqtisadi əməkdaşlıqdan danışan Maria Fernanda Espinosa Qarses Ekvadorun da neft ixrac edən ölkə olduğunu vurğulayaraq bir çox sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Ekvador Respublikasının xarici işlər naziri Maria Fernanda Espinosa Qarsesin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edərək bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzvlüyə səsvermə zamanı Ekvadorun ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini qeyd etdi.

Söhbət zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador Prezidentinə çatdırmağı xahiş etdi.

1news.az  

11:10

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.

1news.az  bu barədə dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

1news.az  

Paylaş:
513

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər