Salman Musayev Prezidentin fəxri diplomu ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Salman Musayev Prezidentin fəxri diplomu ilə təltif edilib

18:37 - 06 / 04 / 2018
Salman Musayev Prezidentin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev S.M.Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dini-mənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə Salman Musa oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər