Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb

18:18 - 07 / 04 / 2018
Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər