Ağdaş və Bərdədə modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırılıb
Prezident İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 595 000 (iki milyon beş yüz doxsan beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
S.Xankişiyeva