Almaniyada II Dünya Müharibəsi zamanı atılmış bomba zərərsizləşdiriləcək | 1news.az | Xəbərlər
Dünya

Almaniyada II Dünya Müharibəsi zamanı atılmış bomba zərərsizləşdiriləcək

16:36 - 08 / 04 / 2018
Almaniyada II Dünya Müharibəsi zamanı atılmış bomba zərərsizləşdiriləcək

Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan təxliyyə edilib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin bağında aşkarlanıb.

Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün zərərsizləşdirilmək üçün partladılan zaman böyük dağıntıya yol açacağı gözlənilir. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.

S.Xankişiyeva

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər