Lavrov: Türkiyə Afrini Dəməşqin nəzarətinə qaytarmalıdır
Türkiyə Afrini Dəməşqin nəzarətinə geri qaytarmalıdır.
1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, bu addım Afrindəki vəziyyətin normallaşması üçün yeganə addımdır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.
1news.az
573