Aksiz markası olmayan siqaretlər müsadirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Aksiz markası olmayan siqaretlər müsadirə edilib

17:15 - 09 / 04 / 2018
Aksiz markası olmayan siqaretlər müsadirə edilib

Gömrükçülər aksiz markası olmayan siqaretləri müsadirə edib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Mercedes-Benz Sprinter” markalı, 90VZ649 nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Azərbaycan Respublikasının vətəndaşı Ramal Əmrahovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan dörd ədəd sellofan torbada cəmi 52 min 400 ədəd “Parliament Carat”, “Parliament Silver”, “Parliament Aqua Blue”, “Parliament Super Slims”, “Marlboro Gold Edge”, “Marlboro Fine Touch”, “Marlboro Fiter Plus” və “Sobranie Super Slims” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər