Cəlilabad, Masallı və Yardımlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

Cəlilabad, Masallı və Yardımlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

19:05 - 09 / 04 / 2018
Cəlilabad, Masallı və Yardımlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

310 000

2

Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli  ibtidai məktəbin quraşdırılması

230 000

3

Cəlilabad rayonu Ağusəm  kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

4

Cəlilabad rayonu Oğrubulaq kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

5

Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

6

Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli  ibtidai məktəbin quraşdırılması

230 000

7

Cəlilabad rayonu Hacıcavad kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

8

Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

9

Cəlilabad rayonu Ləzran  kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

10

Cəlilabad rayonu Suluçeşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

11

Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

12

Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

13

Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

390 000

14

Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

285 000

15

Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

 

Cəmi

5 177 000

1news.az

Paylaş:
1155

Son xəbərlər

Bütün xəbərlər