Bakı Ali Neft Məktəbi və EY arasında razılaşma imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi və EY arasında razılaşma imzalanıb

10:32 - 10 / 04 / 2018
Bakı Ali Neft Məktəbi və EY arasında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) və EY şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məktəbin tələbələri və əməkdaşları iştirak ediblər.

1news.az-a BANM-dan verilən məlumata görə, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov EY-ın Azərbaycanda audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu, BANM və EY arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

Rektor qeyd edib ki, hazırda Ali Məktəb EY şirkətilə iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri Ali Məktəbin tələbələrinin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilməsi, digər istiqamət isə EY tərəfindən BANM-ın Dayanıqlı inkişaf üzrə  hesabatının hazırlanmasından ibarətdir.

EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev isə BANM-la əməkdaşlıq etməkdən məmnun olduğunu və tələbələrin EY tərəfindən təşkil olunan təlimlərə böyük maraq göstərmələrindən sevindiyini bildirib.

Tədbirdə EY-ın İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcovanın Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələrinə  keçdiyi  İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə üç günlük seminarın sertifikatları öz sahiblərinə təqdim edilib.

Daha sonra BANM-ın rektoru Elmar Qasımov və cənab İlqar Vəliyev iki müəssisə arasında bağlanılan əməkdaşlıq haqqında razılaşmaya imza atıblar.

İmzalama mərasimindən sonra EY-ın Kadrlar şöbəsinin direktor müavini Samirə Şabanova və baş mütəxəssis Vusalə Həsənova tələbələrə EY şirkəti və onun karyera proqramı haqqında ətraflı məlumat verib, onlara CV yazma, effektiv müsahibə üsulları haqqında təqdimat ediblər.

Sonda tələbələr EY şirkətinin əməkdaşlarına onları maraqlandıran suallar ünvanlayıblar.

1news.az

Paylaş:
554

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər