Özbəkistan prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Özbəkistan prezidenti İlham Əliyevi təbrik edib

12:07 - 12 / 04 / 2018
Özbəkistan prezidenti İlham Əliyevi təbrik edib

Aprelin 12-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Şavkat Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

S.Xankişiyeva

 

 

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər