Musiqili Teatrın həftəsonu repertuarı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Musiqili Teatrın həftəsonu repertuarı açıqlanıb

18:40 - 13 / 04 / 2018
Musiqili Teatrın həftəsonu repertuarı açıqlanıb

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.

Qurumun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, bu gün saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 14 aprel saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), 15 aprel saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 14 aprel saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə rus xalq nağılı “Qoğalın sərgüzəştləri” və 15 aprel saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) tamaşası ilə gələcək.

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu xoş ovqat və gülüş içində keçirmək istəyənlərin yolunu səbirsizliklə gözləyir. Tamaşalara biletləri 6 manatdan başlayan qiymətlərlə mərkəzləşdirilmiş kassalardan və “Asan xidmət” filiallarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər