İqor Dodon İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Moldova prezidenti İqor Dodon İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
1news.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram. Sizi yenidən dövlət başçısı vəzifəsinə seçməklə Azərbaycan xalqı Zati-alinizə olan etimadını göstərdi, ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi naminə seçdiyiniz yolu tam dəstəklədiyini nümayiş etdirdi. Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan sonra da ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə kömək edəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayır və bir daha dərin hörmətimi ifadə edirəm”.
1news.az