Zaxarova ABŞ-ın Suriyanı bombalamasına münasibət bildirib | 1news.az | Xəbərlər
Dünya

Zaxarova ABŞ-ın Suriyanı bombalamasına münasibət bildirib

20:00 - 14 / 04 / 2018
Zaxarova ABŞ-ın Suriyanı bombalamasına münasibət bildirib

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ və Suriya müttəfiqlərinin hərbi kampaniyası “məntiqi baxımdan anlaşılmır”.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Zaxarova bildirib:

“Məqsədi məntiq və effektivlik baxımından izah etmək mümkün deyil. Sadəcə bunu illər əvvəl həyata keçirmək istədikləri “Əsəd getməlidir” konsepsiyasına və “ərəb baharı” ideyasına uyğun aydınlaşdırmaq olar”.

S.Xankişiyeva

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər