Avropa Şurasının baş katibi Azərbaycan prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Avropa Şurasının baş katibi Azərbaycan prezidentini təbrik edib

11:00 - 14 / 04 / 2018
Avropa Şurasının baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident.

Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər