Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib | 1news.az | Xəbərlər
Dünya

Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib

15:13 - 16 / 04 / 2018
 Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib

Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

1news.az  “news.am” a istinadən xəbər verir ki, iclas cəmi 5 dəqiqə çəkib.

Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. 

1news.az  

 

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər