FIDE prezidenti İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

FIDE prezidenti İlham Əliyevi təbrik edib

20:35 - 17 / 04 / 2018
FIDE prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkə əhalisinin Sizə göstərdiyi bu etimad dövlətin mənafeyi naminə uzun illər səmərəli fəaliyyətinizin qanunauyğun nəticəsidir. Seçkilərin nəticələri Azərbaycan xalqının maraqlarını və ümidlərini doğruldan təcrübəli və məsuliyyətli siyasi xadim kimi Sizin yüksək nüfuzunuzun danılmaz sübutudur.

Beynəlxalq Şahmat Federasiyası ilə Sizin gözəl ölkəniz arasında uzun illər davam edən məhsuldar dostluq münasibətləri mövcuddur. Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadası bütün şahmat aləmində xoş xatirə kimi iz qoydu. İdman ictimaiyyəti bu Olimpiadanı tarixdə ən yaxşı şahmat yarışı hesab edir. “Məktəblərdə şahmat” proqramı fəal inkişaf etdirilir, bölgələrdə şahmat klubları açılır, beynəlxalq turnirlər keçirilir. Azərbaycan yığması dəfələrlə Avropa komanda çempionatlarında qalib olub. Azərbaycan şahmat məktəbinin, onun çox güclü oyunçularının nüfuzu olduqca yüksəkdir və heç şübhəsiz ki, bu işdə Sizin şəxsi xidmətləriniz böyükdür. Bu il aprelin 18-də Şəmkirdə keçiriləcək 5-ci superturnirin açılış mərasimində böyük məmnuniyyətlə iştirak edəcəyəm.

Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram və bu xoş fürsətdən istifadə edərək, aprelin 19-da Sizin üçün əlverişli olan istənilən saatda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşməyə razılıq verməyinizi xahiş edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

1news.az

Paylaş:
481

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər