Leonid Kuçma İlham Əliyevi təbrik edib
Ukraynanın keçmiş prezidenti (1994-2005-ci illərdə) Prezidenti Leonid Kuçma Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Əziz İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə Sizin inamlı qələbəniz uzun illər ərzində gördüyünüz ciddi və hərtərəfli işlərin nəticəsidir. Azərbaycan xalqı Sizin əməyinizi layiqincə qiymətləndirdi. Ölkənizdə sosial-iqtisadi vəziyyət daim yaxşılaşır, müdafiə sahəsinə böyük diqqət yetirilir, millətlərarası və konfessiyalararası həmrəylik qayğı ilə qorunub saxlanılır, regional lider kimi Azərbaycanın statusu möhkəmlənir.
Ukrayna ilə Azərbaycanı çoxsaylı birgə layihələr bağlayır. Əminəm ki, dövlətlərimiz bundan sonra da səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq edəcəklər.
Möhtərəm İlham Heydər oğlu, Sizə daha böyük uğurlar və qələbələr, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.
1news.az