Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər | 1news.az | Xəbərlər
Rəsmi

Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər

15:21 - 18 / 04 / 2018
Dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi Xristian İcmasının sədri Robert Mobilinin imzaladığı təbrikdə deyilir:

“Sizi Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bütün Azərbaycan dindarları adından təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Uca Yaradandan uğurlar diləyirik. Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Xalqımız bu seçkilərdə bir daha öz iradəsini nümayiş etdirdi ki, dövlət başçısı vəzifəsində onun mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş bir siyasi xadimi, müdrik qərar və təşəbbüsləri ilə dünya miqyasında ölkəmizə yüksək nüfuz qazandırmış bir şəxsiyyəti görməkdə qərarlıdır. Azərbaycan xalqı, Azərbaycan dindarları öz ümdə istəklərini seçkidə bəyan etdilər, uca mənəviyyat yolunun davamına səs verdilər.

Zati-aliləri, bu dəyər və münasibəti, ehtiram və məhəbbəti Siz öz genişmiqyaslı fəaliyyətiniz, bəşəri təfəkkür və qlobal səylərinizlə haqlı olaraq qazanmısınız. Elan etdiyiniz istər “Multikulturalizm İli”, istərsə də “İslam Həmrəyliyi İli” ümumbəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövləti dünyada gedən proseslərə Sizin adınız və ardıcıl səylərinizlə özəl, dəyərli töhfələr verməkdədir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya çapında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu, fəal mövqeyi Sizin siyasi iradənizdən və qlobal təşəbbüslərinizdən qaynaqlanır.

Möhtərəm cənab Prezident, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində böyük səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, bir həqiqətdir ki, Azərbaycan torpağında hər kəsin şahidi olduğu tərəqqinin, həyatın bütün sahələrində müşahidə edilən uğurların təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş, etnik və dini tolerantlığı Azərbaycanın sərvəti kimi qiymətləndirən dövlət rəhbərimizin fəaliyyəti durur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri bütün ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, ən gözəl arzularımızı yetiririk. Uca Yaradan hər zaman yardımçınız olsun! Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!”.

1news.az

Paylaş:
409

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər