Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

21:47 - 18 / 04 / 2018
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) baş direktoru Ənvər Türkoğludan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Aprelin 11-də son dərəcə şəffaf şəraitdə keçirilən prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Zati-alinizi və Azərbaycan xalqını təbrik edirik. Demokratiyaya güclü şəkildə bağlı olan Azərbaycan xalqı bununla tolerantlığın, sabitliyin, rifahın və inkişafın rəhni olan siyasətinizi dəstəklədiyini bir daha sübut etdi. Növbəti prezident seçkilərinin sabitlik və hüququn aliliyi çərçivəsində keçirilməsi Azərbaycanda demokratiyanın yüksək səviyyəyə çatdığını beynəlxalq ictimaiyyətə göstərdi.

Prezidentliyiniz dövründə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın diplomatiya və hərbi sahədə uğurlu addımları və əldə etdiyi nəticələr qədim torpaqlarımızın Ermənistanın beynəlxalq hüquqa zidd olaraq işğalından azad edilməsinin artıq daha yaxın olduğunun göstəricisidir. Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu siyasətin prezidentliyiniz müddətində müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı yüksək zirvələrə çatdırıb. İqtisadiyyat sahəsində inkişafın davamı və Azərbaycanın bölgədə gündən-günə artan təsirini nəzərə aldıqda 11 aprel prezident seçkilərində xalqın Sizə inamı təkcə Azərbaycanımız üçün deyil, eyni zamanda, bölgəmiz üçün də böyük bir şansdır.

Çox hörmətli cənab Prezidentimiz, ortaq tarixə, mədəniyyətə, kimliyə, dilə sahib qardaş dövlət olan, ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı Türkiyə və Azərbaycan düşünülmüş siyasətlə bütün sahələrdə qırılmaz tellərlə bir-birinə bağlanıb. Artıq Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli strateji əməkdaşlıq Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün mühüm amilə çevrilib. Prezidentliyinizin qarşıdakı dönəmində də iki qardaş ölkə arasındakı əlaqələrdə və regional siyasətdə, İnşallah, tarixi qardaşlıq bağları, strateji sərmayələr və yüksək səviyyəli siyasi münasibətlərdən aldığı ilhamla dinamik inkişafın sürətlə davam etməsinin müşahidə olunacağına şübhə yoxdur.

Biz Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycanın Sizin kimi təcrübəli, uğurlu, etibarlı və dünyanın hörmət etdiyi bir Prezidentinin olmasından qürur duyduğumuzu bildirir, seçkilərdəki qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, can Azərbaycanımıza salam və ehtiramımızı çatdırırıq".

XXX

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqına isə daha sürətli inkişaf arzulayıram".

XXX

Türkiyə Həmkarlar İttifaqları Konfederasıyasının sədri Ergün Atalaydan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin sosial və iqtisadi cəhətdən inkişafına və güclənməsinə yönəlmiş siyasi kursunuzun qardaş Azərbaycan xalqı tərəfindən dəstəkləndiyinin sübutudur.

Sizi Türkiyə Həmkarlar İttifaqları Konfederasıyası adından və şəxsən öz adımdan türk xalqları arasında birliyi gücləndirmək və türkdilli ölkələr arasındakı mövcud qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün səylərinizi təqdirəlayiq hesab edirəm. Qardaş Azərbaycan xalqının rifahının daha da yaxşılaşması üçün həyata keçirdiyiniz siyasi kursu davam etdirəcəyinizə əminəm.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizi bir daha təbrik edir, Sizə və bütün azərbaycanlı qardaşlarıma hörmət və salamlarımı çatdırıram".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Alain Bersetdən:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur və Sizinlə bu ilin yanvar ayında Davosdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram.

İsveçrə Federal Şurası adından Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və davamlı firavanlığı istiqamətində bütün işlərinizdə uğurlar arzulayıram.

İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur. Mən səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər Sizin Prezidentliyinizin yeni dönəmində də uğurla davam edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramlarımı qəbul edin".

XXX

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram".

XXX

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan şərəf hissi duyuram.

Zati-aliləri, Sizə yeni-yeni uğurlar və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf arzulayırıq".

XXX

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri. Yenidən qardaş Azərbaycan dövlətinin Prezidenti seçilməyiniz münasibətilə Sizə Əfqanıstan xalqı adından ən xoş və ən səmimi təbriklərimi çatdırıram.

Xalqınızın Sizi bu ali vəzifəyə yenidən layiq görməsi xidmətlərinizə verilən yüksək qiymət və gələcək planlarınıza inamın təzahürüdür.

Zati-aliləri cənab Prezident, əminəm ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir.

Bu böyük qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzu edirəm".

XXX

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyadan:

"Hörmətli cənab Prezident, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, bu mühüm dövləti vəzifənizdə Sizə böyük uğurlar və əzmkarlıq arzulayıram.

Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad ölkənizdə təhlükəsizliyin qorunub saxlanılmasında, xalqın milli birliyinin möhkəmlənməsində, başladığınız nəcib işi davam etdirməkdə Sizin üçün böyük stimul mənbəyi olacaq.

Əgər seçkilərdə ilk dəfə qalib gəlmək gələcəyə ümidlə baxmaq deməkdirsə, yenidən qələbə qazanaraq seçilmək ölkə rəhbərinin fəaliyyətinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin və təsdiqlənməsinin bariz nümunəsidir.

Artıq bir neçə ildir ki, Azərbaycan Ümumdünya Gömrük Təşkilatının fəal üzvüdür. İnanıram ki, Sizin strateji xəttin davamlı olaraq reallaşması sayəsində Azərbaycan bu təşkilatla beynəlxalq ticarət prosedurlarının asanlaşdırılması və təhlükəsizliyinin təmin olunması sahəsində sıx əməkdaşlıq edəcək və dünya ölkələrinin bu sahədə uğur qazanmaları istiqamətində birgə səylərini davam etdirəcək.

Eyni zamanda, 2019-cu ildə Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisinin Azərbaycanda keçirilməsinə razılıq verdiyinizə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə bir daha səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə olan ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".

XXX

Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovdan:

"Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “LUKOİL” şirkəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Son illər Azərbaycan dövlətçiliyin, vətəndaş cəmiyyətinin və diversifikasiya olunmuş iqtisadiyyatın möhkəmləndirilməsi yolunda böyük nailiyyətlər əldə etmişdir. Sizin rəhbərliyiniz ilə respublikada davamlı, dinamik sosial-iqtisadi inkişafa yönəlmiş fəal islahatlar davam etdirilir. Bu quruculuq siyasətinin uğurları ölkənin indiki və gələcək tərəqqisi üçün etibarlı zəmindir. “LUKOİL”un Azərbaycandakı layihələrinə hər zaman verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Öz tərəfimdən bir daha əmin edirəm ki, bütün öhdəliklərimizi dəqiq yerinə yetirməyə və azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırıq.

Sizə bir daha dərin hörmətimi bildirir və səmimi qəlbdən cansağlığı, səadət, Azərbaycan Respublikasının rifahı naminə heç də asan olmayan fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

XXX

Oman Sultanı Qabus bin Said Al Saiddan:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

Ölkələrimiz arasında mövcud olan əlaqələri xalqlarımızın ümumi maraqları naminə daha da inkişaf etdirmək və Zati-alinizə xalqının istəklərini həyata keçirmək məqsədlərinə çatmaqda uğurlar arzulayırıq".

XXX

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri, cənab Prezident. Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını və ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri və güclü liderliyinizin nəticələrini bir daha sübut edir.

Monqolustan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini və bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var.

Tam əminəm ki, qarşılıqlı səylərimiz nəticəsində ölkələrimiz arasındakı əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Əliyev, Sizə möhkəm cansağlığı, uğurlar və ən xoş arzularımı çatdıraraq, Sizə münasib bir vaxtda Sizi Monqolustana səfər etməyə dəvət edirəm".

XXX

Moskva Akademik Satira Teatrının direktoru, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Məmmədəli Ağayevdən, Moskva Akademik Satira Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Aleksandr Şirvindtdən:

"Hörmətli İlham Heydər oğlu. Moskva Akademik Satira Teatrının bütün kollektivi adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, prezidentliyiniz dövründə dostluq münasibətlərimizin davam edəcəyinə ümidvar olduğumuzu bildiririk.

Sizə ən xoş arzularımızı çatdırırıq".

XXX

Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti Mikayıl Oytadan:

"Hörmətli cənab Prezident. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Avstraliya Azərbaycanlıları Assosiasiyası adından təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə nail olub və nəticədə bu gün ölkə iqtisadi, mədəni və ictimai sahədə dinamik inkişaf edir. Sizin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların rifahının yaxşılaşması üçün göstərdiyiniz davamlı səylərinizi və bu sahədəki töhfələrinizi yüksək qiymətləndiririk. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinizi və qərarlarınızı qətiyyətlə dəstəkləyirik.

Yeni prezidentliyiniz dövründə sizə uğurlar arzulayırıq".

XXX

Toğrul Həsənovdan, Əfrayıl Mehdiyevdən, Elvin Ağazadədən və başqalarından:

"Hörmətli cənab Prezident. Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından səmimi qəlbdən təbrik edirik.

Sarsılmaz dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycanımız son illərdə öz inkişaf tempini uğurla davam etdirdi. Azərbaycan Respublikasının Prezidenti kimi ötən illər ərzində xalqımızın milli və dövlət maraqlarına söykənən düşünülmüş, məqsədyönlü, müstəqil və cəsarətli siyasi strategiyanız nəticəsində doğma Vətənimizin davamlı iqtisadi inkişafı təmin edilib, beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib.

Azərbaycanın daxili siyasətində gənclərə xüsusi diqqət, qayğı göstərilib və bu, hazırda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır və ümumilikdə gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən tam dəstəklənir. Biz - Balkanlarda yaşayan azərbaycanlı gənclər bu diqqət və qayğını mütəmadi olaraq görürük.

Əminik ki, bu möhtəşəm uğurların davamının, eləcə də doğma Qarabağımızın tezliklə işğaldan azad edilməsinin, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmalarının birgə şahidi olacağıq.

Fürsətdən istifadə edib Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və son dərəcə məsuliyyətli ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq".

XXX

Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti Jil Remidən:

"Zati-aliləri, cənab Prezident. Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan dövləti və xalqı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycanın birinci respublikasının 100 illiyi ilə eyni vaxta təsadüf edən yeni mandatınızın Azərbaycan ilə Fransa arasında yüksək səviyyəli əlaqələrin və ikitərəfli tarixi münasibətlərin güclənməsinə yeni imkanlar açmasına çox sevinirəm.

Şirkətimizin dəstəyi ilə dörd ildir NAVAL şirkətlər qrupunun Bakı gəmiqayırma zavodu ilə “OPV 90” markalı hərbi patrul gəmilərinin inşası layihəsinin ölkələrimiz arasında strateji əməkdaşlığın və sənaye sahəsində gələcək əlaqələrin əsas istiqamətlərindən biri hesab edilməsinə şadam.

Cənab Prezident, Parisə növbəti səfəriniz zamanı Sizinlə görüşmək arzusu ilə bir daha səmimi təbriklərimi və ən dərin ehtiramımı bildirirəm".

XXX

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı Şurasının sədri Yuri Şafranikdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Çox hörmətli İlham Heydər oğlu. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım və dərin hörmətimi ifadə edim.

Azərbaycan xalqı 2018-ci il aprelin 11-də Sizi yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçməklə, ölkənin sabitliyinə və inkişafına, beynəlxalq arenada nüfuz və təsirinin daha da güclənməsinə səs vermiş oldu. Zəngin çoxəsrlik tarixi olan Azərbaycan Sizin rəhbərliyinizlə daha da çiçəklənmiş, dünya birliyində layiqli yer tutan inkişaf etmiş dövlətlər sırasına daxil olmuşdur.

Ölkənizdə millətlərarası həmrəylik hökm sürür, Rusiya ilə sabit dostluq münasibətləri davam etməkdədir. Bizim neft-qaz sənayesinin tarixi kökləri Bakı və bütün Azərbaycanla sıx bağlıdır. Biz – Rusiyanın neft və qaz sənayesi sahəsinin işçiləri ölkələrimizin yanacaq energetika komplekslərinin inkişafına əvəzsiz töhfə vermiş görkəmli mütəxəssislərin əməyini yüksək dəyərləndiririk.

Əziz İlham Heydər oğlu. İnanıram ki, əməksevər və çox istedadlı Azərbaycan xalqı Sizin rəhbərliyiniz ilə daha böyük uğurlar qazanacaqdır. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə və ailənizə cansağlığı, səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

XXX

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Rəşid Məmmədovdan:

"Möhtərəm cənab Prezidentimiz. “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 2017-ci il fevralın 13-dən etibarən Yunanıstanın Saloniki şəhərində rəsmi fəaliyyətə başlamışdır. Sizin müdrik rəhbərliyinizlə ölkə xaricində yaşayan hər bir Azərbaycan vətəndaşı öz həyatında dövlət qayğısını hiss edir. Sizin fəaliyyətiniz dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Möhtərəm cənab Prezident, “Qala” Cəmiyyətinin bütün üzvləri adından aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edir, Yunanıstanda yaşayan həmvətənlərimizin Sizin siyasi kursunuzu daim birmənalı olaraq dəstəklədiklərini bildirmək istəyirəm".

XXX

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan:

"Çox hörmətli İlham Heydər oğlu. Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Keçirilmiş seçkilər Azərbaycanın hərtərəfli yeniləşməsinə, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin inkişafına, iqtisadi tərəqqinin sürətlənməsinə və sosial sabitliyin təmin olunmasına yönəlmiş siyasi kursunuzu ölkə vətəndaşlarının böyük əksəriyyətinin dəstəklədiyinin bariz sübutu oldu. Azərbaycan xalqı bundan sonra da ölkəni tərəqqi və rifah yolu ilə aparmağı yenidən Sizə – görkəmli milli liderə etibar etdi.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin həmkarlar ittifaqları təşkilatları Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini məmnunluq hissi ilə qarşıladılar. Onlar yaxşı bilirlər ki, Prezident kimi Siz zəhmətkeş insanların hüquq və mənafelərinin qorunmasına, sosial dialoqun möhkəmlənməsinə xüsusi diqqət yetirir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə böyük dəstək verirsiniz. AHİK-in fevral ayında keçirilmiş V Qurultayının yekunları buna parlaq sübutdur.

Möhtərəm cənab Prezident, Ümumhəmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan təşkilatlar bizim beynəlxalq həmkarlar təşkilatları birliyinin fəaliyyətinə qayğı və diqqətinizə, regionda sosial inteqrasiyanın aparıcı qüvvəsi kimi onun roluna verdiyiniz yüksək dəyərə görə Sizə dərin minnətdarlığını bildirir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

XXX

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovdan:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından ən səmimi təbriklərimi qəbul edin. Həmkarlar ittifaqları Azərbaycanın möhkəmlənməsi və inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi və ölkədə sosial proqramların həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinizi, xalqlarımız arasında dostluğun inkişafı və möhkəmlənməsinə töhfənizi yüksək dəyərləndirirlər.

İnanırıq ki, bundan sonra da Prezident vəzifəsində Siz öz nüfuzunuzdan və zəngin təcrübənizdən geniş əhali təbəqələrinin mənafeləri naminə fəal istifadə edəcək, ölkə iqtisadiyyatının sabit inkişafı, ədalətli sosial dövlət quruculuğu, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsi üçün şərait yaratmaq kursunu davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram, ümidvaram ki, həmkarlar ittifaqlarını bundan sonra da dəstəkləyəcəksiniz".

XXX

Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Yuri Sentyurindən:

"Hörmətli cənab Prezident. Qaz İxrac edən Ölkələrin Forumu adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram.

Sizin seçkilərdə qələbəniz xalqınızın tarixində parlaq dövr olmaqla, Azərbaycan xalqının öz ölkəsinin gələcəyinin müəyyənləşdirilməsində Sizə olan inamını bir daha təcəssüm etdirir. Sizin bənzərsiz idarəçilik təcrübəniz Azərbaycan üçün nadir dəyər olmaqla, Sizə ölkənizin ehtiyac duyduğu güclü idarəçiliyi davam etdirməyə imkan verir.

Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv kimi Azərbaycan təşkilatın fəaliyyətində aktiv iştirak etmiş və Forumun qaz ixracatçılarının əksər sahələrdə mənfəətinə hesablanan məqsədlərinə nail olmaq istiqamətində birgə fəaliyyəti dəstəkləmişdir. Əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanı Qaz İxrac edən Ölkələrin Forumunun tamhüquqlu üzvləri arasında görməyə ümid edirik.

Cənab Prezident, Sizin administrasiyanıza müvəffəqiyyət, Sizə və ailənizə firavanlıq, Azərbaycana sülh və tərəqqi arzulayıram.

Bir daha Sizə ən yüksək salamlarımı və ən xoş arzularımı çatdırıram".

XXX

TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri, möhtərəm cənab Prezident. Mənzil-qərargahı Bakı şəhərində yerləşən TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə ən yüksək ehtiramımızı bildiririk.

Zati-aliləri, aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf duyuram. Sizə prezidentliyinizin yeni dönəmində də uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Zati-alinizə, ailənizə və yaxınlarınıza ən dərin hörmətimi bildirir, səadət, müvəffəqiyyət və cansağlığı diləyirəm.

Azərbaycan Respublikası tərəfindən ölkə iqtisadiyyatının inkişafı üçün atılan real addımları və Avropa-Qafqaz-Asiya (TRASEKA) Beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində ölkələr arasında dialoqun və əməkdaşlığın dərinləşməsi işinə verdiyiniz mühüm töhfələri və göstərdiyiniz səyləri xüsusi vurğulamaq istərdim.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bir daha vurğulayır, rəhbərliyinizlə Azərbaycan Respublikası tərəfindən TRASEKA Beynəlxalq nəqliyyat dəhlizinə gələcəkdə də dəstək göstəriləcəyinə ümidvar olduğumu bildirirəm.

Yaşasın müstəqil Azərbaycan Respublikası!"

XXX

Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının baş direktoru Pevrul Kavlakdan:

"Hörmətli Prezident. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası adından ən səmimi təbriklərimi çatdırıram.

Avrasiya xalqları arasında birliyi təmin etmək və Avrasiya ölkələri arasındakı mövcud dostluq əlaqələrini möhkəmləndirmək üçün səylərinizi federasiyamız təqdir edir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha səmimi təbriklərimi çatdırır, Sizə və bütün Azərbaycan xalqına, sülh, rifah və xoşbəxtlik diləyirəm".

XXX

Türkiyənin Hak İşçi Sindikatları Konfederasiyasının baş direktoru Mahmud Arslandan:

"Hörmətli cənab Prezident. Qardaş Azərbaycanda keçirilən, əmin-amanlıq və sabitlik şəraitində başa çatan prezident seçkilərində Zati-alinizin Azərbaycan xalqının 86 faizdən çox səsini qazanaraq yenidən Prezident seçilməsindən duyduğumuz məmnunluğu vurğulamaq istəyirəm. Qardaş azərbaycanlıların Sizin şəxsinizdə rifaha, inkişafa, ölkədə və regionda təhlükəsizliyə səs verdikləri aydın şəkildə görünür.

Yenidən prezident seçilməyinizin Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələri “Bir millət, iki dövlət” anlayışı ilə daha da möhkəmləndirəcəyinə, daha da dərinləşdirəcəyinə dərin inamımızı məmnuniyyətlə ifadə etmək istəyirəm.

Azərbaycan ilə Türkiyə arasında inkişaf etdirdiyiniz möhkəm əlaqələrə uyğun olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Türkiyənin Hak İşçi Sindikatları Konfederasiyası arasında da oxşar qardaşlıq əlaqələrini hər ötən gün gücləndirdiyimizi vurğulamaq istəyirəm. AHİK-in Zati-alinizin liderliyi ilə Azərbaycanın sosial inkişafına töhfələrini qiymətləndiririk.

Yeni prezidentlik dönəminizdə Azərbaycanın rifahı, sabitliyi və inkişafına olduğu kimi, regionun sülh, təhlükəsizlik və sabitliyinə daha da çox fayda verəcəyinizə inanırıq.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizi prezident seçkilərindəki inamlı qələbəniz münasibətilə bir daha təbrik edir, bütün azərbaycanlı qardaşlarımıza hörmət və salamlarımızı çatdırırıq".

XXX

Dünya Axısxa Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Sizi, türk dünyasının üç böyük liderindən birini yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Zati-alinizə qardaş Azərbaycanın daha güclü, daha sabit dövlət olması istiqamətində uğurlar diləyirəm.

Ermənistan tərəfindən ərazi bölüvlüyünə edilən təcavüzə və 25 ildən çox müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan heç zaman geriyə addım atmayıb, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətini nümayiş etdirib.

Mərhum Prezident Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan, Zati-aliləri, Sizin prezidentliyiniz dövründə daha böyük uğurlar qazanaraq artıq beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib.

Azərbaycanda yaşayan və sayı 70 mindən çox olan, ölkənin siyasi və sosial həyatında fəal rol oynayan axısxa türkləri aprelin 11-də keçirilmiş prezident seçkilərinə böyük maraq göstəriblər.

Zati-aliləri, Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanın rifahına, ölkənin inkişafına və ən əsası isə, regionun təhlükəsizliyinə mühüm töhfələr verəcək.

Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın nailiyyətlərinin davamlı olmasını arzulayırıq".

XXX

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik etmək istəyirəm.

Yeni müddətə Prezident seçilməyiniz mürəkkəb geosiyasi regionda Azərbaycan Respublikasının sabitliyini və inkişafını qoruyub saxlamağa müvəffəq olan etibarlı və təcrübəli dövlət başçısı kimi Sizə xalqın tam etimad bəslədiyini bir daha təsdiq etdi. Əminəm ki, Siz müstəqil Azərbaycanın inkişafı naminə səylərinizi davam etdirəcək, Sizə xas olan müdrikliyi, böyük məsuliyyət və əsl vətənpərvərlik hissini daim rəhbər tutacaqsınız.

Sizə - Azərbaycan dövlətinin istedadlı, praqmatik və təcrübəli liderinə ən səmimi hisslərimi, dərin hörmətimi və minnətdarlığımı bir daha ifadə etmək istəyirəm. Sizin strategiyanız sayəsində bu gün Azərbaycan güclü və müstəqil dövlətdir, Cənubi Qafqazda bütün geosiyasi və geoiqtisadi proseslərin lideridir, habelə özünün dərindən düşünülmüş çoxşaxəli xarici siyasətini uğurla yürüdür.

Cənab Prezident, İsrail Dövləti və onun xalqı Azərbaycana və şəxsən Sizə böyük hörmət və ehtiramla yanaşır. Beynəlxalq arenada əhəmiyyətli, güclü və müstəqil aktora çevrilməkdə olan Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək istiqamətində Sizin səylərinizi İsraildə yüksək qiymətləndirirlər. Azərbaycanın güclənməsi həm İsrail Dövlətini, həm də İsrail xalqını sevindirir.

Sizin praqmatik və müdrik siyasi xəttiniz sayəsində Azərbaycan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Bunlar Azərbaycan xalqının həyat tərzidir. Bu gün Azərbaycan özünün multikulturalizm modelini təqdim edir. Bu model XXI əsrdə dünyanın bir çox ölkələrində təzahür edən millətçiliyə, şovinizmə, faşizmə və terrorçuluğa alternativdir. Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir və nümunəsi olaraq qalacaqdır.

İsrail Azərbaycan dövlətinin və cənab Prezident, şəxsən Sizin ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada heç bir bənzəri olmayan şəkildə qayğıkeş və mehriban münasibətinizi yüksək qiymətləndirir. Dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiq qaldığınıza, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmət bəslədiyinizə görə Siz istər İsrail cəmiyyətinin, istərsə də dünyanın digər ölkələrindəki yəhudi icmalarının dərin hörmətini qazanmısınız.

Sizə və gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

1news.az

Paylaş:
296

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər