Meksikada iki qadını zorlayan şəxsi timsahlara atdılar - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Meksikada iki qadını zorlayan şəxsi timsahlara atdılar - VİDEO

22:52 - 18 / 04 / 2018
Meksikada iki qadını zorlayan şəxsi timsahlara atdılar - VİDEO

Meksikanın Oaksaka de Xuarez şəhərində dəhşətli hadisə baş verib.

1news.az Ölkə.az-a istinadən xəbər verir ki, 20 yaşlı Yaxinto iki qadını zorladığı üçün saxlanılıb. Polis bölməsinə aparılan şübhəli şəxs vətəndaşların etirazına səbəb olub.

50 nəfərdən ibarət qrup polis mərkəzinə gələrək Yaxintonu çölə çıxarıb. Onu döymək istəyən qrup şok cəzalandırma üsuluna əl atıb. Onlar şübhəli şəxsi yaxınlıqdakı bir parkda yerləşən timsah qəfəsinə atıb.

Polislər isə əlavə yardım çağırıblar. Etirazçılar ərazidən uzaqlaşdırılıb, timsah qəfəsindəki Yaxinto isə çölə çıxarılıb. Bir çox sınıq diaqnozu ilə xəstəxanaya aparılan şübhəli şəxsin vəziyyəti ağırdır.

1news.az

Paylaş:
1013

Son xəbərlər

Bütün xəbərlər