Prezident İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib

11:25 - 18 / 04 / 2018
Prezident İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

S.Xankişiyeva

 

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər