Türkiyə parlamenti növbədənkənar prezident və parlament seçkiləri barədə qərar qəbul edib
Bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.
1news.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, təklif parlamentdə 386 səslə qəbul edilib.
Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.
1news.az
854