Bəhreyn kralı prezident İlham Əliyevi təbrik edib
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə prezident İlham Əliyevi təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.
Ali dövləti vəzifənizi yerinə yetirməkdə, xalqın yüksəliş və inkişaf amallarını həyata keçirmək işində Sizə uğurlar diləyirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”.
1news.az