İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb

17:30 - 21 / 04 / 2018
İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncama əsasən Yaqub Abdulla oğlu Eyyubov Baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Baş nazirin müavinləri, Ramil İdris oğlu Usubov daxili işlər naziri, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri, Fikrət Fərrux oğlu Məmmədov ədliyyə naziri, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Fəttah oğlu Heydərov fövqəladə hallar naziri, Elmar Məhərrəm oğlu Məmmədyarov xarici işlər naziri, Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri, Samir Rauf oğlu Şərifov maliyyə naziri, Zakir Əsgər oğlu Həsənov müdafiə naziri, Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Mikayıl Çingiz oğlu Cabbarov vergilər naziri təyin olunublar.

Prezident, həmçinin Samir Rafiq oğlu Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Şükür oğlu Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Elçin İsağa oğlu Quliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, Mədət Qəzənfər oğlu Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sedyar oğlu Sultanovu Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.

S.Xankişiyeva

 

Paylaş:
18777

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər