Yerevanda yenə mitinq başlayıb | 1news.az | Xəbərlər
Dünya

Yerevanda yenə mitinq başlayıb

13:35 - 21 / 04 / 2018
Yerevanda yenə mitinq başlayıb

Şənbə günü Ermənistan müxalifəti Yerevanda etiraz aksiyalarını yenidən bərpa edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, mitinq səbəbindən səhər saatlarından başlayaraq paytaxtda mərkəzi küçələrdə hərəkətin iflic olduğunu bildirib.

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.

S.Xankişiyeva

 

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər