Ermənistanda 228 etirazçı saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda 228 etirazçı saxlanılıb

18:51 - 22 / 04 / 2018
Ermənistanda 228 etirazçı saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Yerevanda 228 nümayişçini saxlayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu polisin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da polis tərəfindən saxlanılıblar.

Xatırladaq ki, bu gün səhər Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

S.Xankişiyeva

 

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər