Markov: Sarkisyan sülhsevər olduğu üçün istefa vermədi... | 1news.az | Xəbərlər
Ermənistan

Markov: Sarkisyan sülhsevər olduğu üçün istefa vermədi...

17:29 - 23 / 04 / 2018
Markov: Sarkisyan  sülhsevər olduğu üçün istefa vermədi...

Serj Sarkisyan istefa verdi. Amerikasayağı erməni “Maydan”ı qazandı.

1news.az xəbər verir ki, bunu rusiyalı  politoloq Sergey Markov Sarkisyanın istefası ilə bağlı bildirib.

O deyib ki, yenə də amerikalılar cəmiyyətlə fəal şəkildə işləyir və Ukraynada olduğu kimi qazanırlar: “Rusiya isə rəislərə və oliqarxlara inanır. Və onlar asanlıqla xəyanət edirlər. Ermənistandakı uğursuzluğun məsuliyyətini kim  daşıyacaq? Ukraynadakı uğursuzluğun məsuliyyətini kim daşıdı?”.

Politoloq daha sonra qeyd edib: “Sarkisyan o qədər sülhsevər olduğu üçün istefa vermədi. Müxalifətin lideri Nikol Paşinyan həbsdən azad edildikdən və hərbçilərin müxalifətə qoşulmağa başlamasından sonra o, istefya getdi”.

P.Sultanova

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər