Ekspertlərin rəyləri: manatı nə gözləyir? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspertlərin rəyləri: manatı nə gözləyir?

17:55 - 23 / 04 / 2018
Ekspertlərin rəyləri: manatı nə gözləyir?

Azərbaycan dünyanın 146 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirir. Rusiya, Türkiyə və ABŞ Azərbaycanın məhsullarını idxal etdiyi ölkələr arasında ilk beşlikdə yer alıb. Eyni zamanda Rusiya Azərbaycanla aktiv ixrac əməliyyatları aparan ölkələrin onluğuna daxildir.

2018-ci ilin aprelində Rusiya və Türkiyədə ABŞ dollarının kursu rubl və lirəyə münasibətdə xeyli artdı, bu isə Azərbaycanda informasiya ajiotajının yaranmasına səbəb oldu.

Bəzi KİV-lərdə manatın kursunun aşağı düşəcəyi ilə bağlı çıxan xəbərlər isə bu ajiotajın artması ilə nəticələndi.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)baş icraçı direktoru İbrahim Alışov jurnalistlərlə söhbətində aparılmış araşdırmaların nəticələri barədə məlumat verərək bildirib ki, bu araşdırmalar Azərbaycan banklarında və onların mübadilə şöbələrində nağd valyuta ilə bağlı problemlərin olmadığını təsdiqləyib.

MBNP-nin məlumatına görə, Mərkəzi Bank digər bankları vaxtı-vaxtında valyuta ilə təmin edir, bu səbəbdən də ajiotaj üçün heç bir səbəb yoxdur.

Kifayət qədər valyuta ehtiyatlarına malik olan Mərkəzi Bank 2017-ci il yanvarın 12-dən başlayaraq mütəmadi olaraq (həftədə iki dəfə) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirir.

Bu hərraclar rəqabət şəraitində banklara valyutanın birdəfəlik satışı şəklində keçirilir, sifarişlər yuxarı qiymətdən aşağıya qədər təmin edilir və tələbin yerinə yetirilməsində heç bir maneə müşahidə olunmur.

Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dolları keçir, ilin sonuna qədər isə neftin qiymətinin stabil yüksək oacağı təqdirdə, valyuta ehtiyatlarının həcminin 50 milyard dollara çatacağı gözlənilir.

Daha əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov da manatın kursunun qəfil aşağı düşəcəyi ilə bağlı ehtimalları təkzib etmişdi:

“Keçən ilin müvafiq dövrü ilə müqayisədə neftin qüiyməti 25-30 faiz artıb. Eyni zamanda turizm sektorundan ölkəyə daxil olan valyutanın həcmi artmaqdadır. Bütün bu faktorlar onu deməyə əsas verir ki, manatın devalvasiyasından söhbət belə gedə bilməz”.

2018-ci ilin yanvar-mart aylarında Azərbaycanın müsbət ticarət saldosu 1,16 milyard dollar təşkil edib.

Cari ilin yanvar-fevral aylarında ölkəmizə gələn əcnəbi turistlər 191 milyon olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artım deməkdir.

Ekspertlərin sözlərinə görə, Azərbaycan vətəndaşlarının manatın dəyərdən düşməsi ilə bağlı narahatlığının əsas səbəbi 2015-ci ilin dekabr ayında manatın devalvasiyası ilə bağlı xatirələridir. Belə ki, həmin vaxt neftin qiymətinin kəskin aşağı düşməsi bir sıra zəif bankların bağlanması, kreditlərlə bağlı problemlərin yaranması, eləcə də dövlət investisiyasının azalması ilə müşayiət olunmuşdu.

Halbuki hazırda Azərbaycan hökuməti ilə yanaşı beynəlxalq reytinq agentlikləri və maliyyə qurumları birmənalı şəkildə tədricən də olsa ölkənin iqtisadi inkişafını bəyan edirlər.

Beynəlxalq reytinq agentliyi olan “S&P Global Ratings” hesab edir ki, Azərbaycan 2014-cü ildə neftin qiymətinin kəskin azalması nəticəsində yaranan siklik böhran dövrünü arxada qoyub.

Bu nüfuzlu təşkilatın gözləntilərinə görə, önümüzdəki illərdə ölkədə iqtisadi dinamika yaxşılaşacaq, istehlakın tədricən bərpası və kreditləşmənin ehtiyatlı artımı ilə əlaqədar 2021-ci ilədək ÜDM-in artımı orta hesabla 3,3% təşkil edəcək.

“Moody’s”-in ekspertləri də manatın mübadilə kursunun stabilliyinə inamlarını ifadə ediblər. Bu reytinq agentliyinin qiymətləndirməsinə görə, 2017-ci ilin sonuna kimi Azərbaycanın 2018-ci ilədək ödəmə balansının profisiti ÜDM-in 2,3%-ni təşkil edəcək, (2017-ci ildə isə ÜDM-in 1,7%-i), 2019-cu ildə isə ÜDM-in 3,8% -nə çatacaq.

Digər beynəlxalq reytinq agentliyi “Fitch” da hesab edir ki, yaxın iki ildə manatın kursu dəyişməz olaraq qalacaq.

Ekspertlər 1news.az-la söhbətdə bildiriblər ki, süni valyuta ajiotajının arxasında öz mənfəətlərini güdən bəzi vicdansız sahibkarlar da dura bilərlər.

“Ölkədə valyuta ilə bağlı heç bir problem yoxdur. Bankların xarici valyutaya olan tələbatını ödəyən Mərkəzi Bankın (AMB) hərracları da bunu sübuta yetirib. Ölkənin aktiv şəkildə karbohidrogen ixrac etdiyini nəzərə alsaq, neftin qiymətinin yüksək olması da Azərbaycanda valyuta ilə bağlı stabil vəziyyətin olmasını şərtləndirir”- deyə, iqtisadçı-ekspert Fuad Əlizadə bildirib.

Digər müstəqil ekspert Samir Əliyev qeyd edib ki, artıq ikinci ildir ki, Azərbaycandan kapital axını azalmaqdadır. Bu isə manata olan inamı artırır:

“Mərkəzi Bank manatın çox da güclənməsini istəmir (ixracın inkişafına görə), lakin onun devalvasiyasına da imkan vermir. Devalvasiya iqtisadi cəhətdən əlverişli deyil və bizim bankları təhlükə qarşısında qoya bilər. Mərkəzi Bank və hökumət isə buna yol verə bilməz”.

Millət vəkili Azər Badamov bildirib ki, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar rublun 12 faiz ucuzlaşmasına gətirib çıxarsa da, bu prosesin qarşısını almaq mümkün oldu:

“Rusiyadakı proseslər manatın kursuna təsir edə bilməz. Azərbaycan müstəqil ölkədir və öz iqtisadi qanunları əsasında idarə olunur. Ölkədə neft sənayesi yaxşı inkişaf edib və neftdən alınan məhsullar Rusiya ilə yanaşı digər ölkələrə də ixrac edilir. Azərbaycan özünə yeni bazarlar açır. Buna görə də hesab edirəm ki. manatın ucuzlaşması baş verməyəcək”.

Lada Yevqraşina

Paylaş:
949

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər