AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün qəbul edilən qərarda səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.
Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.
Türkiyənin baş naziri Binəli Yıldırım isə buna münasibət bildirərək seçimi Türkiyənin edəcəyini deyib: "AŞPA öz işinə baxsa, yaxşı olar. Seçimi Türkiyə edəcək. Türkiyədə seçkilər demokratik şəraitdə keçirilir".
1news.az