ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

20:56 - 25 / 04 / 2018
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

ATƏT-in baş katibi Tomas Qreminger İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uzun müddətdir ki, göstərdiyi sadiqlik yüksək təqdirə layiqdir. Mən ölkənizin bütün vətəndaşları üçün demokratik, təhlükəsiz və sabit şərait yaradılmasında Sizin səylərinizi yüksək dəyərləndirirəm.

ATƏThərtərəfli təhlükəsizlik və təşkilatın öhdəliklərinin icrası məsələlərində Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik və onun xüsusi nümayəndələrinin ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması səylərinə dəstək vermək niyyətinə sadiqdir.

ATƏT, həmçinin Azərbaycanda demokratik idarəçilik, təhlükəsizlik və iqtisadi tərəqqi sahələrində islahatların daha da gücləndirilməsinə hər an dəstək verməyə hazır olduğunu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1news.az

Paylaş:
426

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər