Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib - FOTO

22:46 - 26 / 04 / 2018
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib - FOTO

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.

1news.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər.

Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb.

“Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.

Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir arada toplaşdığı mənzərə göz oxşayırdı. Hər kəs əlindəki kitabı vərəqləyir, şəkillər çəkdirir, müzakirələrə qatılırdı.

Bakıdakı 100 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Məmmədova bildirib ki, belə tədbirlərin keçirilməsi ölkəmizin ictimai həyatında mühüm hadisədir. Çünki son zamanlar oxuya, mütaliəyə həvəs azalıb. Kitab oxumaq və kitaba bağlılıq ənənəsi gənclərin bilik səviyyəsinin artmasına da təsirini göstərəcək.

Həmin məktəbin şagirdi, oxumağı, öyrənməyi, kitabları çox sevdiyini deyən Nigar Dadaşova sonuncu dəfə “Görünməz ada” kitabını oxuduğunu söyləyib.

Paytaxtdakı 290 nömrəli məktəbin sərgini maraqla izləyən şagirdləri Mirsadiq Rəsulov və Nicat Qorçıyev daha çox macəra və dedektiv kitablar oxumağı xoşladıqlarını söyləyiblər.

Kitab bir nəslin digər nəslə mənəvi sərvətidir. Bu gün ölkəmizin ən gözəl məkanlarının birində - Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir araya gəlməsi mütaliəyə olan hörmətimiz, marağımız və həvəsimizdir.

1news.az

Paylaş:
688

Son xəbərlər

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27
Bütün xəbərlər